AMEA-da “Qaynar xətt” yaradılacaq

11:00 | 16.05.2017
AMEA-da “Qaynar xətt” yaradılacaq

AMEA-da “Qaynar xətt” yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasında magistraturaya sənəd qəbulu ilə əlaqədar "Qaynar xətt” yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib.

2017/2018-ci tədris ili üçün AMEA-nın institutlarında magistraturaya aparılacaq qəbul prosesi ilə bağlı Müsahibə Komissiyalarını diqqətli olmağa çağıran Ə.Sadıqov bildirib ki, sənəd verənlərin çoxsaylı suallarının olduğunu nəzərə alaraq, "Qaynar xətt” xidməti təşkil ediləcək.

Ə.Sadıqov son illər elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Akademiyada geniş islahatlar aparıldığını bildirib. Qeyd edib ki, islahatlar çərçivəsində yaradılan Təhsil şöbələrinin rəhbərləri AMEA-nın, eləcə də Azərbaycan Respublikasının təhsillə bağlı müvafiq qanunvericilik aktlarını mükəmməl bilməli və mübahisəli məsələlərdə bu sənədlərə istinad etməlidirlər.

Elm və Təhsil İdarəsinin Doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov doktorant və dissertantların minimum imtahanlarının 22 may tarixindən etibarən keçiriləcəyini bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM