Azərbaycan Milli Elmlər Akademiyasında struktur və kadr dəyişikliyi edilib.
APA-nın xəbərinə görə, akademiyanın bu gün keçirilən iclasında Fəlsəfə İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi qərara alınıb. Digər qərarla AMEA-nın Elm Tarixi İnstitutunda Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr şöbələri yaradılıb.
İclasda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin qərarları ilə akademik Validə Əlizadə AMEA-nın Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə AMEA-nın Dendrologiya İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar.
Vasif Abbasov "AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva isə AMEA-nın Biofizika İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !