Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Aparatının Katibliyi və Protokol şöbəsi yaradılıb.ANN.Az Akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, Rəyasət Heyətinin iki şöbəsinin statusu artırılaraq onların əsasında idarələr və üç yeni şöbə yaradılıb. Eyni zamanda, Aspirantura və kadrlar şöbəsinin əsasında Təhsil və kadrlar şöbəsi, Katibliyin əsasında isə Ümumi şöbə yaradılıb.Məlumatda bildirilir ki, ötən müddət ərzində islahatlar nəticəsində həm Rəyasət Heyəti Mərkəzi Aparatında, həm də ümumilikdə Akademiya sistemində idarəetmə prosesində nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmaqdadır. Bununla belə, AMEA Rəyasət Heyəti çoxsaylı tədbirlərin - Rəyasət Heyətinin iclaslarının, mətbuat konfranslarının və s. protokollaşdırılması, etibarlı saxlanması və arxivə təhvil verilməsi zərurəti, bir struktur bölmə qarşısına qoyulan çoxsaylı vəzifə və funksiyaların həddən artıq olması, AMEA-da aparılan islahatlar nəticəsində sənədlər axınının artması, qəbul edilən qərarların, sərəncamların çoxluğunu və s. nəzərə alaraq, Mərkəzi Aparatın Ümumi şöbəsinin ləğv edilməsinə dair qərar qəbul edib. Əvəzində aparıcı struktur bölmə statusunda iki struktur bölmə - Katiblik və Protokol şöbəsi yaradılıb.AMEA Rəyasət Heyəti Katibliyinin və Protokol şöbəsinin əsasnamələri təsdiq olunub. Digər bir qərarla Katibliyin rəisi vəzifəsinə Rasimə Hüseynova, Protokol şöbəsinin rəisi vəzifəsinə isə Sevinc Həsənova təsdiq ediliblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !