Hesablama Palatasının Kollegiya iclası keçirilib. Hesablama Palatasından APA-ya verilən məlumata görə, Kollegiya iclasında Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsində (VÖEN 6400126081) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölməsi olan Horadiz aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalar, Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin istifadəsi və Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Gənclər və İdman Nazirliyinə tikintisi başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirlərinin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiqlənib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisinə məlumatların təqdim edilməsi barədə qərar qəbul edilib. Kollegiya iclasında Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, “Azərelektrikşəbəkətikinti"” ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair Audit proqramları təsdiqlənib.Hesablama Palatasının 2014-cü il 08 yanvar tarixli Q-01 nömrəli Kollegiya qərarı ilə qəbul olunmuş Audit Proqramına əlavə və dəyişikliklər də müzakirə edilərək təsdiq edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !