Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti bir sıra mükafatların təsis edilməsinə dair qərar qəbul edib.
APA-nın xəbərinə görə, elmin inkişafına böyük töhfələr verən, mühüm nailiyyətlər əldə edən alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa sövq etmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə alınan qərara əsasən, AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, akademiklər Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev və Musa Əliyev adına mükafatları təsis olunub. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-təşkilat idarəsinə “Azərbaycanın görkəmli alimlərinin adına AMEA mükafatlarının Əsasnaməsi”nin hazırlanması həvalə olunub.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !