AMEA doktoranturaya qəbul planını açıqladı

18:20 | 18.11.2013
AMEA doktoranturaya qəbul planını açıqladı

AMEA doktoranturaya qəbul planını açıqladı

Azərbaycan Respublikasının ali təhsil müəssisələri və elmi təşkilatların 2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənib.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 205 yer ayrılıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlardan 126-sı əyani, 79-u qiyabidir. Elmlər doktoru hazırlığı üzrə isə 72 qiyabi yer nəzərdə tutulur. Büdcə hesabına dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231 və elmlər doktoru hazırlığı üzrə 115 yer müəyyən olunub. Qəbul planı noyabr ayının 20-də Rəyasət Heyətinin iclasında müzakirə ediləcək və sənəd qəbulunun tarixi məlum olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb