AMEA muğamı elmi cəhətdən öyrənəcək

17:34 | 09.01.2014
AMEA muğamı elmi cəhətdən öyrənəcək

AMEA muğamı elmi cəhətdən öyrənəcək

Azərbaycan Elmlər Milli Akademiyasında (AMEA) “Muğamşünaslıq” adlı yeni şöbə yaradılır.Bu barədə APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib. İ. Həbibbəyli bildirib ki, yeni şöbə AMEA tarixində ilk dəfə olaraq muğam sənətini elmi cəhətdən öyrənəcək. Şöbə akademiyanın Memarlıq və İncəsənət İnstitutunun nəzdində fəaliyyət göstərəcək. Onun sözlərinə görə, ölkədə bu vaxta kimi keçirilən muğam müsabiqələri böyük rezonans doğurmaqla yanaşı, muğamın milli-mədəni inkişafına böyük təkan verib: “Amma muğam haqqında olan elm muğam müsabiqələrinin fonunda yenidən təşkilatlanmağa borcludur. Ona görə akademiyada Azərbaycan muğamlarını, bu sənəti öyrənəcək yeni “Muğamşünaslıq” şöbəsi yaradılacaq. Bu, müxtəlif institutlarda çalışan, əruz vəzni, muğam sənəti, ifaçılığı, tarixi ilə məşğul olan şərqşünas alimləri birləşdirəcək bir şöbə olacaq. Yeni şöbədə ölkənin mədəni həyatında baş verən muğamla bağlı proseslər vahid qaydada elmi cəhətdən öyrəniləcək. Yeni şöbənin yaradılması ilə bağlı ilkin işlər aparılır, bununla bağlı yaxın günlərdə akademiya rəhbərliyi yekun qərar qəbul edəcək”. İ. Həbibbəyli qeyd edib ki, bu vaxta kimi akademiyada xalq sənəti, musiqisi ilə bağlı ayrı-ayrı elmi-tədqiqat şöbələri olub. İndiyə kimi muğamın xalq musiqisi şöbələrində öyrənildiyini deyən vitse-prezident vurğulayıb ki, muğam özünəməxsus keyfiyyətlərə malik olduğu üçün ayrıca tədqiq olunmağa layiqdir: “Ona görə akademiyada xalq musiqisi şöbəsini qoruyub saxlamaq şərtilə “Muğamşünaslıq” şöbəsi yaradılacaq. Bu, akademiyanın tarixində bir ilk olacaq. Burada muğam sənətinin tarixinin, ənənələrinin, nəzəriyyəsinin bu günü və gələcəyi öyrənilərək sistemli şəkildə təqdim ediləcək”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb