Bu gün bəzi yerli saytlar baş nazirin müavini vəzifəsini dünəndən etibarən boşaldan Hacıbala Abutalıbovun "ehtiyat” vəzifəsinin olduğunu "aşkar ediblər”.
Aztirajlı medianın tirajladığı həmin xəbərdə deyilirdi ki, 75 yaşlı Abutalıbov 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postunu (əlbətdə ki, formal) tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib və bütün bu müddət ərzində həm də kafedra müdirinin maaşını alırmış. Və iddia olunurdu ki, Abdutalıbov gələn həftədən etibarən AMEA-dakı iş yerinə gedəcəyini deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !