AMEA-nın ümumu yığıncağında müzakirə ediləcək məsələlər açıqlanıb

22:00 | 19.04.2017
AMEA-nın ümumu yığıncağında müzakirə ediləcək məsələlər açıqlanıb

AMEA-nın ümumu yığıncağında müzakirə ediləcək məsələlər açıqlanıb

Rəyasət Heyətinin iclası keçirilib

REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Ümumi yığıncaqlarının keçirilməsi məsələsi müzakirə olunub.

Akademiyadan "Report"a bildirilib ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə yığıncaqların gündəliyindəki məsələlər haqqında məlumat verib. Akademik qeyd edib ki, gündəlikdə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimatı, AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezidenti vəzifəsinə və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifəsinə seçki məsələləri yer alır.

Rəyasət Heyəti AMEA-nın Ümumi yığıncaqlarının aprelin 28-i və mayın 2-i keçirilməsi və gündəliklərinin təsdiq olunması haqqında qərar qəbul edib. 

İclasda həmçinin Ümumi yığıncaqların müzakirəsinə çıxarılacaq məsələlərə aid materialların hazırlanması, seçkilərin keçirilməsindən irəli gələn məsələlərin həllinin təmin edilməsi, tədbirlə əlaqədar sərginin təşkili və digər məsələlərlə bağlı struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM