AMEA-nın kitabxanası köçürülür

15:55 | 04.12.2014
AMEA-nın kitabxanası köçürülür

AMEA-nın kitabxanası köçürülür

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının ümumi iclası keçirilib.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, gündəlikdə duran əsas məsələ kitabxananın ayrıca binaya köçürülməsi ilə bağlı olub.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana hazırda akademiyanın əsas binasında yerləşir. Artıq əsas binada yerləşən köhnə fondundan kitablara yeni inventar kodları və elektron çiplər vurularaq yeni binaya daşınmasına başlanılıb.

Bu günədək köçürülən 25000-dən çox kitabın inventarlaşdırılması aparılıb, mübadilə fondundan 4500-dən çox kitab isə daşınmaq üçün hazırlanır. Nadir kitablar fondu, Şərq ədəbiyyatı fondu, Qərbi Avropa ədəbiyyatı fondu, sərgi və xidmət şöbələri MEK-in yeni binasına köçürüləcək. Mərkəzi Elmi Kitabxana üçün hər cür şəraitə malik bina inşa olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür