AMEA prezidenti: “Akademiya pul mənbəyi deyil”

16:52 | 18.12.2013
AMEA prezidenti: “Akademiya pul mənbəyi deyil”

AMEA prezidenti: “Akademiya pul mənbəyi deyil”

“Azərbaycan Milli Elmlər Akademiyası pul yox, elm mənbəyidir. Amma təəssüf ki, indi çoxları bunu qarışdırır”.APA-nın məlumatına görə, bunu AMEA prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Akif Əlizadə bu gün YAP Gənclər Təşkilatı üzvləri ilə görüşü zamanı bildirib. O qeyd edib ki, AMEA ömrünü həqiqətən elmə həsr edənlər üçündür və belə də olacaq: “Kimsə gəlib elmi ad almaq üçün başını orada girələyirsə, bura onun üçün deyil. Məsələn, mənə çox yerdən vəzifə üçün təkliflər gəlib, Nazirlər Kabinetində, dövlət işində və sair. Amma mən özümü elmə həsr etdiyim üçün heç vaxt yolumu dəyişməmişəm”. A.Əlizadə onu da deyib ki, bu gün AMEA-da gənc alimlərə böyük ehtiyac var: “Mən heç kəsi qınamaq istəmirəm, amma həqiqət odur ki, Sovet İttifaqı dağıldıqdan sonra elmə maraq azaldı və gənclərin çoxu pul dalınca, yaxud xaricə köçdülər. İndi buna görə də elmdə gənclər qıtlığı yaranıb. Amma artıq indi imkanlarımız var, dövlət elmə ciddi maraq göstərir, dəstək verir. Mən gəncləri bundan istifadə etməyə çağırıram. Mən şəxsən müxtəlif yolla təbliğat aparıram ki, təki gənclər elmə gəlsinlər. Hətta yönləndirirəm ki, elmi işlərinin çoxunu gedib daha qabaqcıl xarici ölkələrdə tamamlasınlar. Buna da şərait yaradıram, yetər ki, elmə gəlsinlər”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM