AMEA prezidentinin maaşı artırılıb

11:55 | 19.01.2022
AMEA prezidentinin maaşı artırılıb

AMEA prezidentinin maaşı artırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.
 
Bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə öz əksini tapıb.
 
 AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimidir:


1.AMEA-nın prezidenti-3084
 
2.AMEA-nın 1-ci vitse-prezidenti-2136
 
3.AMEA-nın vitse-prezidenti, akademik katibi-1974
 
4.AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibi-1476
 
5.İdarə rəisi-1428
 
6.AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini-1380
 
7.İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi,
 
8.AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi-1176

9.Qeyri-əsas şöbənin rəisi, sektor müdiri-858

10.Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi-810

11.Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri -756

12.Aparıcı mütəxəssis 684

13.Mütəxəssis- 624
 
Baş nazir Əli Əsədov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılması haqqında qərar imzalayıb.

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb