Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaqların münbitliyinin artırılması ilə bağlı işlərə başlamağı nəzərdə tutur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
A.Əlizadə əlavə edib ki, AMEA bir necə dövlət orqanına innovativ xarakterli təkliflər göndərilib. Bu təkliflər müxtəlif iqtisadi istiqamətləri əhatə edir.
AMEA prezidentinin sözlərinə görə, onlardan ən vacibi Azərbaycanın torpaqlarının münbitliyi artırılması ilə bağlıdır. Artıq bu təklif Nazirlər Kabineti tərəfindən qəbul edilib və AMEA Kənd Təsərrüfatı Nazirliyi ilə bu istiqamətdə işlərə başlayacaq.
A.Əlizadə həmçinin deyib ki, 2016-cı ildə AMEA-nın 12 üzvü vəfat edib.
A.Əlizadənin sözlərinə görə, bu gün ölkədəki elmi işçilərin 30-35 faizi akademiyada çalışır: "Akademiyanın alimləri elmin inkişafında çox fəal iştirak edirlər. Akademiyanın bölmələri ötən il ərzində bir-biri ilə təmasda işləməyə çalışıblar. Elmlərin təmasda işləməsi elmə yenilik gətirmək yoludur. Amma akademiyanın bölmələrinin kumulyativ imkanları hələ də var və biz gələcəkdə ondan istifadə etmək niyyətindəyik".
Ötən il AMEA-nın alimləri tərəfindən bir sıra elmi nailiyyətlərin əldə edildiyini nəzərə çatdıran A.Əlizadə qeyd edib ki, bu günAMEA-nın 50-ə yaxın dövlətlə əməkdaşlıq müqaviləsi var.Azərbaycan alimlərinin beynəlxalq jurnallarda istinad edilən müqavilələrinin sayı olduqca çoxalıb.
A.Əlizadə deyib ki, AMEA-da kadr potensialını artırmaq üçün bir neçə addımlar atılıb. Bu ilki tələbə qəbulundan sonra 200-dən artıq magistr akademiyada çalışacaq.
Qeyd edək ki, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, dövlət və hökumət rəsmiləri, komitə sədrləri və başqa qonaqlar iştirak edirlər.
Tədbirdən öncə qonaqlar akademiyanın fəaliyyətini əks etdirən elmi-nailiyyətlər sərgisi ilə tanış olublar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !