Şirkət Xəzər dənizindəki Çıraq platformasında sifarişlə iş görüb
"Amec Process and Energy Limited" şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib. Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat daxil olub.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,42 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Amec Process and Energy Limited" şirkəti "AZFEN" və "TEKFEN"-lə birlikdə Azərbaycanda Kompressiya və Suvurma Platforması, Texnoloji Avadanlıqlar, Kompressiya, Suvurma və Məişət Avadanıqları Platforması kimi digər irihəcmli layihələrdə də iştirak edib.
Həmçinin "Amec Process and Energy Limited" şirkəti "Çıraq 1" platformasında suvurma sisteminin emalatı və quraşdırılması layihəsində sifarişçisi olub. Layihə 1999-cu ildə başlayıb və 2000-ci ildə başa çatdırılıb. Layihəyə "Çıraq 1" dəniz platformasında quraşdırılacaq bütün tikinti poladı və emal edilmiş spulların montaj işləri də daxil olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !