ABŞ-da yayımlanan "America's Got Talent” yarışmasının qalibi məlum olub.
Oxu.Az xəbər verir ki, qalib Pol Zerdin adlı iştirakçı seçilib.
O, verilişin qaydalarına uyğun olaraq 1 milyon dollar qazanıb.
Yarışmada azərbaycanlı Çarli Çaplin kimi tanınan Üzeyir Novruzov da mübarizə aparırdı.
Hər dəfə maraqlı çıxışları ilə amerikallıları heyrətləndirən Novruzov finalda maraqlı şou və "Freelusion” qrupunun rəqs nömrəsində iştirak edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !