10 martda Azərbaycanda ABŞ mədəniyyət günləri başlayıb. 5 gün ərzində paytaxtda ABŞ-ın mədəniyyət və mətbəx ənənəsinə həsr olunan müxtəlif tədbirlər keçiriləcək.
11 martda Bakı Caz mərkəzində "Break of Reality" qrupu konsert proqramıyla çıxış edib. Konsertdə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da iştirak edib. O bildirib ki, belə tədbirlər ABŞ-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olacaq.
Tədbirdən hazırladığımız reportajı təqdim edirik.
Çinarə Quliyeva
Foto: Fərqanə Novruzova
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !