Amerika Ukraynaya 60 ədəd "Bradley" piyada döyüş maşını göndərib

21:44 | 31.01.2023
Amerika Ukraynaya 60 ədəd "Bradley" piyada döyüş maşını göndərib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı öz tviter hesabında yazıb.


Zirehli maşınların daşınması üçün Norveç-İsveç şirkətinin gəmisi icarəyə götürülüb.  


Bildirilib ki, "Bradley"in ilk partiyası yanvarın əvvəlində elan edilən 2,85 milyard dollarlıq hərbi yardım paketinin bir hissəsi olaraq verilib.


Bundan başqa, ABŞ Ukraynaya "Stryker” zirehli transportyorları və "Abrams” tankları vəd edib.


"Bradley”in üç nəfərlik heyəti var və altıya qədər piyada əsgəri daşıya bilir. ABŞ əsgərləri bu silahdan Fars körfəzi, İraq və Əfqanıstandakı müharibələrdə istifadə ediblər.


Komandanlığın məlumatına görə,  2022-ci ilin fevralından bu günədək ABŞ-ın Ukraynaya göndərdiyi hərbi yardımın ümumi məbləği 27,1 milyard dollar təşkil edib.

Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM