Amerika və İsrailin Fələstini məhv etməsinə icazə verməyəcəyik - Ali Faysal

12:23 | 22.02.2024
Amerika və İsrailin Fələstini məhv etməsinə icazə verməyəcəyik - Ali Faysal

Amerika və İsrailin Fələstini məhv etməsinə icazə verməyəcəyik - Ali Faysal

Fələstin imkan verməyəcək ki, nə Amerika nə də İsrail ölkəni məhv etsin. Bunu Fələstin Milli Şurasının sədr müavini Ali Faysal deyib.

"Bütün aləm eşitsin, nə Bayden, nə Netanyahu bizdən seçki platforması kimi istifadə edilməsinə icazə verməyəcəyik. Biz Amerikanın şərtlərini ölkəmizə tətbiq etməsinə imkan verməyəcəyik. Biz İsrailin 5-ci müharibəsinə daxil oluruq. Fələstin xalqımız dünyanın ən pis müharibəsi ilə üzləşib. 70% ölənlər qadın və uşaqlardır. 10 min insan itkin, 2 milyona yaxın insan didərgin düşüb. İsrail Fələstin xalqının arzularını sındıra bilməyəcək. Biz fələstin dövlətini quracayıq və paytaxtı Qüds olacaq. 12 min vətəndaşımız onların türmələrindədir. Hansı rejimdən danışırsız? Fələstin məhbusların azad edilməsi,xalqımıza qarşı soyqırıma son qoyulması və qaçqınların geri qaytarımasında israrlıdır",- Faysal fevralın 22-də Asiya Parlament Asambleyasının 14-cü plenar sessiyasında bildirib.
 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM