Amerika Yəhudiləri Yardım Təşkilatının (Vaad L Hatzolas Nidchei Yisroel) Azərbaycan bölməsinin rəhbəri Rav Shmuel Simantov son zamanlar cəbhə bölgəsində erməni silahlı birləşmələrinin atəşkəsi pozması nətəcisəində 10-dan artıq Azərbaycan hərbiçinin ölümü ilə əlaqədar bəyanat verib.Təşkilatdan Axar.az-a daxil olan bəyanatda bildirilir ki, Ermənistan qanunsuz olaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır: “Bu azmış kimi mütəmadi olaraq atəşkəs rejimini pozur. Amerika Yəhudiləri Yardım Təşkilatı olaraq Ermənistanı BMT-nin 4 qətnaməsini yerinə gətirməyi və dərhal işğalçı əməllərinə son qoymağa çağırırıq. Biz hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq”.Sonda bəyanat müəllifi şəhid olan əsgərlərimizin ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !