Amerika Birləşmiş Ştatları (ABŞ) artan terror təhlükəsi fonunda ölkə xaricində yaşayan vətəndaşları üçün ümumdünya səyahət xəbərdarlığı elan edib. Bu barədə bəyanatla çıxış edən Birləşmiş Ştatların dövlət departamenti əldə olunan kəşfiyyat məlumatlarına əsasən "İŞİD ”, "əl Qaidə”, "Boko Haram” və digər terrorçu qruplaşmaları dünyanın müxtəlif regionlarında terror aktları həyata keçirməyi planlaşdırdığını açıqlayıb.
Səyahət xəbərdarlığının 24 fevral 2016-cı il tarixinə qədər qüvvədə qalacağı deyilir. Amerikanın Dövlət Departamentinin rəsmisi, potensial hücumlarda məhz Birləşmiş Ştatlar vətəndaşlarının hədəfə götürüləcəyini düşünməyə heç bir əsas olmadığını açıqlayıb. Ümumdünya səyahət xəbərdarlığında xaricdə olan Amerikalı işçilər və turistlər ictimai yerlərdə və nəqliyyatda olarkən hər hansı terror təhdidlərinə qarşı ayıq-sayıq olmağa çağırılır. Departament eyni zamanda vətəndaşlarına harada olduqlarından, ətraflarından xəbərdar olmağa, həmçinin izdihamlı yerlərdə mümkün qədər az qalmağı tövsiyyə edir. Birləşmiş Ştatların Dövlət Departamentinin "İŞİD” üzvlərinin Suriyadan və İraqdan geri dönməsi fonunda terror təhdidlərinin artmağa davam edəcəyini hesab edir.(anspress)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !