Amerikalı həmsədrdən Qarabağa aid qalmaqallı status

16:29 | 24.03.2014
Amerikalı həmsədrdən Qarabağa aid qalmaqallı status

Amerikalı həmsədrdən Qarabağa aid qalmaqallı status

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşüblər. “Axar.az” xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Tvitter səhifəsində yazıb. O, görüş haqqında təəsüratlarını bölüşüb. "Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə pozitiv görüş keçirildi. Birlikdə işləyirik, uzunmüddətli sülh mümkündür". Erməni mətbuatı isə Ceyms Uorlikin Tvitterdəki başqa cümləsinə diqqət ayırıb. Onlar Qarabağ konfliktində artıq ABŞ-ın öz mövqeyini tam ortaya qoyduğunu yazıblar. Ceyms Uorlikin "konflikt "Dağlıq Qarabağ"la Azərbaycanın arasındadır" deməsi ölkə mətbuatının gündəmində əsas hadisəyə çevrilib. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan da artıq Niderlandda ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti