Amerikalı politoloq: Rus ordusu döyüşə hazır deyil

16:13 | 10.03.2015
Amerikalı politoloq: Rus ordusu döyüşə hazır deyil

Amerikalı politoloq: Rus ordusu döyüşə hazır deyil

Ukraynaya silah tədarükü Ağ Ev tərəfindən Rusiya prezidenti Vladimir Putinin sonrakı hərəkətlərini qabaqlamaq üçün amil kimi istifadə edilə bilər.  

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Cimmi Karterin keçmiş müşaviri, məşhur politoloq Zbiqnev Bjezinski bildirib, Ukrinform xəbər verir.  

"Biz bunu sadə yolla etməli – Moskvanı hərbi əməliyyatları bərpa etdiyi təqdirdə qəbul olunacaq qərar barədə xəbərdar etməliyik. Məsələn, Mariupol yaxud digər vacib şəhərlərə hücum baş verərsə, Birləşmiş Ştatlar Ukrayna qüvvələrini qorumaq üçün onları müdafiə silahı ilə təchiz etməli olacaq”, - deyə, professor bildirib.

O vurğulayıb ki, bunu o cümlədən də ABŞ-ın NATO üzrə müttəfiqlərini cəlb etməklə həyata keçirmək olar və həmin müttəfiqlər buna hazırdırlar.

Bjezinski həmçinin bildirib ki, rus ordusu bu gün Qərblə nəinki genişmiqyaslı, heç lokal müharibə də aparmağa hazır deyil.

Onun fikrincə, Putin bunu yaxşı başa düşür, lakin nəticələrini anlamadan, öz nüvə potensialının qeyri-səmərəli nümayişinə üstünlük verir.

Bundan başqa, ekspertin rəyinə görə, hazırkı vəziyyətdə Qərb Rusiya iqtisadiyyatına qarşı sanksiyaları möhkəmləndirməli və sektoral məhdudiyyətlər tətbiq etməlidir.

Başqa sözlə, o qeyd edib, ruslar ABŞ və Avropadan güclü siqnal almalıdırlar.

"Biz ruslara deməyik: biz bilirik ki, siz gücdən istifadə edirsiz, və siz bilirsiz ki, biz sizi əks-qüvvə ilə dayandıra bilmərik. Lakin biz buna görə qiyməti xeyli qaldırırıq”, - deyə, Bjezinski qeyd edib.   

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti