Amerikalı alimlər korona virusu 25 saniyəyə məhv etməyin yolunu tapıb

11:19 | 26.06.2020
Amerikalı alimlər korona virusu 25 saniyəyə məhv etməyin yolunu tapıb

Amerikalı alimlər korona virusu 25 saniyəyə məhv etməyin yolunu tapıb

Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının (NIEDL) alimləri xüsusi lampaların buraxdığı  ultrabənövşəyi radiasiyanın SARS-CoV-2 koronavirusunu tez bir zamanda məhv edə biləcəyini müəyyən edib, bu barədə Rossiysaya qazeta nəşri məlumat yayıb. 


Tədqiqatın müəlliflərindən biri olan doktor Anthony Griffiths bildirir ki,  mütəxəssislər virusa bulaşmış materialı müxtəlif dozalarda ultrabənövşəyi radiasiya ilə emal edərək virusu zərərsizləşdirmək üçün nə qədər radiasiyanın lazım olduğunu hesablayıblar.
 
Nəticədə bəlli olub ki, 5  mJ / sm2  dozada SARS-CoV-2 -nin  yayılma sürəti 6 saniyədə 99%-ə kimi azalıb.  Radiasiyanın həcmini 22 mJ/2 sm-ə qədər artırdıqda isə virus 25 saniyə ərzində  tamamilə yox olub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb