Amerikalı general: Rusiya ABŞ üçün əsas təhlükədir

13:52 | 13.08.2015
Amerikalı general: Rusiya ABŞ üçün əsas təhlükədir

Amerikalı general: Rusiya ABŞ üçün əsas təhlükədir

Rusiya ABŞ üçün başlıca təhlükələrdəndir, ABŞ ordusunun quru qoşunlarının qərargah rəisi general Reymond Odierno belə hesab edir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə o, Pentaqonda brifinqdə bəyan edib.

"Düşünürəm ki, Rusiya bir sıra səbəblər üzündən təhlükəlidir. İlk olaraq ona görə ki, o bizim digər potensial rəqiblərimizdən fərqli olaraq daha hazırlıqlıdır”, - general deyib.

Əsasən Rusiyanın Ukraynada həqiqətən mürəkkəb əməliyyatlar keçirmək üçün ciddi imkanları var, general belə hesab edir.

Bununla əlaqədar Odierno hesab edir ki, NATO-nun qoşunlarının hərbi potensialını Şərqi Avropada artırmaq lazımdır.

"Biz NATO-nun hərbi imkanlar sahəsində istiqamətini dəyişməyə davam etməliyik”, - amerikalı general deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM