Amerikalı jurnalistə 16 il həbs cəzası verilib

18:17 | 19.07.2024
Amerikalı jurnalistə 16 il həbs cəzası verilib

Amerikalı jurnalistə 16 il həbs cəzası verilib

"Wall Street Journal"ın müxbiri Evan Gerşkoviç Rusiyada 16 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edilib.Bu barədə "RBK” portalı xəbər verib.

Məhkəmə ABŞ vətəndaşını casusluq ittihamı ilə təqsirli bilib.Müstəntiqlərin fikrincə, Gerşkoviç "MKİ-nin göstərişi ilə "Uralvaqonzavod” müdafiə müəssisəsinin hərbi texnika istehsalı və təmiri sahəsində fəaliyyəti haqqında məxfi məlumatlar toplayıb.

32 yaşlı jurnalist 2023-cü ilin martında Yekaterinburqda saxlanılıb. O, ittiham olunduğu maddə üzrə özünü təqsirli bilməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM