Amerikalı kahindən bədbin proqnoz - Qiyamət gününün dəqiq tarixini verdi

22:30 | 20.02.2019
Amerikalı kahindən bədbin proqnoz - Qiyamət gününün dəqiq tarixini verdi

Amerikalı kahindən bədbin proqnoz - Qiyamət gününün dəqiq tarixini verdi

"Ölkə.Az” xəbər verir ki, qədim yunan astronomu Aristill Samosskinin şərəfinə ləqəb götürən kahin dünyanın sonu barədə danışıb.

Dünya ictimaiyyətindən şəxsiyyətini gizlədən kahin öncəgörmələri barədə internetdə məlumat verib. O, bu vaxta qədər Donald Trampın prezident seçilməsi, İngiltərənin Avropa İttifaqından çıxması, Sulavesi adasında zəlzələ və sunami kimi vacib məsələləri əvvəlcədən demişdi. Bu dəfə isə Aristill Qiyamət günü ilə bağlı proqnozlarını internetə yerləşdirib. 
Onun sözlərinə əsasən, bəşəriyyət 288 il sonra, yəni 2307-ci ilin 10 iyun tarixində yoxa çıxacaq.  Kahin iddia edir ki, bu səhnəni dəqiqliyinə qədər yuxuda görüb. Guya dünya qəfil qaranlığa qərq olacaq və insanlar qırılacaq. Amma Aristill Qiyamətin səbəbi barədə məlumat vermir. Ola bilər ki, nüvə müharibəsi, qlobal texnogen fəlakət və ya Yerə düşən iri meteorit buna səbəb olsun.

Kahinin sözlərinə əsasən, Qiyamətin qarşısını almaq mümkün olmayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb