Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms” məlumat yayıb.
Sözügedən proqramlar üçün xəritə hazırlayan "Mapboks” şirkətinin rəhbəri Erik Qundersen verdiyi açıqlamada bu "dəyişikliyi yanlışlığın ən çirkin növü” olduğunu deyib.
Onun sözlərinə görə, proqramlarda gündə bir neçə dəfə dəyişiklik edilir və bu dəyişikliklərdən birində kimsə Nyu-Yorku "Yevtropolis” kimi təqdim edib. Yanlışlıq bir neçə saatdan sonra düzəldilib.
Şəhərin adının dəyişdirildiyini görən bir neçə internet istifadəçisi bu məlumatı sosial şəbəkələrdə paylaşaraq tənqid edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !