Amerikalılar Özbəkistanda “ağıllı şəhər” tikəcəklər

18:10 | 17.07.2024
Amerikalılar Özbəkistanda “ağıllı şəhər” tikəcəklər

Amerikalılar Özbəkistanda “ağıllı şəhər” tikəcəklər

Amerika şirkəti Özbəkistanın Nurafşan şəhərində "ağıllı şəhər” qurmaq arzusunu bildirib. Podrobno.uz xəbər verir ki, onun nümayəndələri öz təkliflərini Daşkənd vilayətinin hakimi Zoyir Mirzəyevə bildiriblər.


Şirkətin direktoru Ronald Ceyms Hubbard bildirib ki, C&N Associates 40 ildən artıqdır ki, dünyanın ən inkişaf etmiş ölkələrində yeni hava limanları, mehmanxana binaları, universitetlər, ticarət və xidmət obyektləri, eləcə də yeni şəhərlər inşa edir.

Şirkət Nurafşanda 10-15 milyard dollar dəyərində "ağıllı şəhər” tikməyə hazırdır. O, 1600 hektar ərazidə yerləşə bilər və onlar maliyyələşmə üçün 15 investor cəlb etməyi planlaşdırırlar. Burada dövlət müəssisə və təşkilatları, tibb və təhsil müəssisələri, sənaye zonaları, texnoparklar yerləşə bilər ki, bu da yeni iş yerlərinin açılmasına imkan verir. Lakin layihə həyata keçirilməzdən əvvəl tikinti materialları istehsalı zavodunun tikintisi nəzərdə tutulur.

Təqdim olunan planlara əsasən, Nurəfşan Daşkəndlə sürətli qatarla birləşdiriləcək.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM