Alimlər ABŞ-da qədim çin dilində yazı tapıblar.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Deyli Meyl” qəzeti yayıb.
Məlumatda yazıların təxminən bizim eramızdan 1300 il əvvələ aid olduğu bildirilir. Mütəxəssislər buna əsasən çinlilərin Amerikanı Xristofor Kolumbdan 2800 il əvvəl kəşf edilmiş ola biləcəyini iddia edirlər.
Qeyd edək ki, Qədim çin dilində yazılan bu yazı Nyu-Meksika ştatının Albukerke şəhərindəki Petroqlif milli abidəsinin ərazisində tapılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !