ABŞ mətbuatı Amerika prezidenti Barak Obamanın hakimiyyəti illərində ölkənin dövlət borcunun ikiqat artdığını yazıb.
Modern.az "Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu gün ABŞ senatı ölkənin dövlət borcunun limitinin 1,5 milyard dollar artırılmasına icazə verib.
"Prezident Obama yeni 2 illik büdcə planını təsdiq edən zaman əsas diqqət onun irsinin xoşagəlməyən tərəfinə - dövlət borcunun 20 trilyon dollara çatmasına yönələcək”.
Hazırda 18,5 trilyon dollar daxili və xarici borcu olan superdövlətin borcu yaxın 2 ildə 20 trilyona çatacaq.
"The Wasington Post” Barak Obamanın 2009-cu ildə prezident seçilən zaman Amerikanın borcunun 10,6 trilyon dollar olduğunu xatırladıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !