Meşə yanğınları ilə mübarizə məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarında uğurlu fəaliyyətlərini davam etdirirlər.
"Qafqazinfo” xəbər verir ki, FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev mətbuat konfransında Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin yanğınların söndürülməsi istiqamətindəki fəaliyyəti və əldə edilən nəticələr barədə ətraflı məlumat verib.
Qeyd edib ki, əsasən mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilən yanğından mühafizə və yanğınsöndürmə əməliyyatları zamanı yerli qüvvələrlə birgə fəaliyyət göstərilib və FHN-in yanğınsöndürmə və xilasetmə bölmələri əməliyyat şəraitini tam nəzarətə götürmək məqsədilə gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər.
Eyni zamanda, yanğınsöndürmə, soyutma, ağacların kəsilməsi ilə mühafizə zolağının yaradılması və mühüm obyektlərin yanğından qorunması tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz əməliyyatlar aparılmaqdadır.
General-leytenant Etibar Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin ümumilikdə Türkiyənin 14 yaşayış məntəqəsində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
Yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus "BE-200ÇS” tipli amfibiya təyyarəsi 76 dəfə uçuş həyata keçirməklə yanğın sahələrinə 615 ton, helikopter isə 134 dəfə uçuş həyata keçirməklə 332.5 ton su töküb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !