Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə səngiməyən güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.Bu barədə FHN-dən bildirilib.
"Təyyarə bu gün İzmir-Urla istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir", - məlumatda vurğulanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !