Amnesty International Qubad İbadoğlu ilə bağlı çağırış edib

14:28 | 30.11.2023
Amnesty International Qubad İbadoğlu ilə bağlı çağırış edib

Amnesty International Qubad İbadoğlu ilə bağlı çağırış edib

Azərbaycanlı iqtisadçı, London İqtisadiyyat Məktəbinin (LSE) dəvətli professoru Qubad İbadoğlu dərhal azad etməli, ona təcili olaraq lazımi tibbi yardım göstərməlidir. Bu barədə Amnesty İnternational  Beynəlxalq Amnistiya Təşkilatının Tvitter hesabında məlumat verilib.
 
"Azərbaycan hakimiyyəti Qubadı dərhal və qeyd-şərtsiz azad etməli, ona təcili olaraq lazımi tibbi yardım göstərməlidir", - təşkilat bildirib.
 
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib. Noyabrın 16-da  məhkəmə onun həbs müddətini daha 3 ay uzadıb.
 
Vəkilinin sözlərinə görə, onun səhhətində ciddi problemlər var və həyatı risk altındadır.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM