Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı AÇIQLANDI

16:35 | 18.01.2022
Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı AÇIQLANDI

Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı AÇIQLANDI

Azərbaycanda "8 Noyabr-Zəfər Günü münasibətilə elan edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

Bunu  Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

"Bu günə kimi Amnistiya Aktı 9263 nəfərə tətbiq edilib. Onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb", deyə mətbuat katibi qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM