Amrahbank ASC ən etibarlı banklardan biridir

19:53 | 02.10.2019

02.10.2019-cu il tarixində media saytlarının birində 77 yaşlı Bakı şəhər sakini Burlaçuk Qalina Andreyevna ilə  Amrahbank ASC arasında həqiqətə uyğun olmayan bəzi faktlar haqqında məlumat yayılmışdır. Müraciətə əsasən bildirilir  ki, guya 2006-2008-ci il tarixlərində Qalina Burlaçuk Amrahbank ASC-yə əmanət  kimi pul vəsaiti yerləşdirmiş və bank da həmin pulları mənimsəmişdir.

Edilən müraciətlə əlaqədar olaraq  bildiririk ki,   Bakı Apellyasiya məhkəməsinin Mulki Kollegiyasının 29.12.2016-cı il tarixli və Ali Məhkəmə Mülki Kollegiyasının 2(102)-2947/2017 saylı 09.iyun 2017-ci il tarixli qərarlarında tam sübuta yetirilmişdir ki, Burlaçuk Qalina Amrahbank ASC-yə hec bir əmanət yerləşdirməmişdir.

Qətnamədə qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Burlaçuk Qalina Aleksandrovnaya ünvanlanmış 07.08.2012-ci il tarixli məktubdan müəyyən olunur ki, Qalina Burlaçukun adına  Amrahbank ASC-nin balansında heç bir məlumat mövcud deyil və  onun adına əmanət hesabı açılmamışdır.

Azərbaycan Respublikası  Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2014-cü il tarixli 2703 saylı rəyindən də  müəyyən olunur ki, Burlaçuk Qalina Aleksandrovna ilə bağlanmış əmanət müqavilələri saxtalaşdırılıb.

Xatırladırıq ki, Amrahbank ASC Azərbaycan banklarıı arasında özünəməxsus yeri olan, düzgün bank siyasəti aparan ən etibarlıı banklardan biridir.
Amrahbank: Sizə açıq və aydın bank!

www.anews.az
loading...

Xəbər lenti