02.10.2019-cu il tarixində media
saytlarının birində 77 yaşlı Bakı şəhər sakini Burlaçuk Qalina Andreyevna ilə Amrahbank ASC arasında həqiqətə uyğun olmayan
bəzi faktlar haqqında məlumat yayılmışdır. Müraciətə əsasən bildirilir ki, guya 2006-2008-ci il tarixlərində Qalina
Burlaçuk Amrahbank ASC-yə əmanət kimi
pul vəsaiti yerləşdirmiş və bank da həmin pulları mənimsəmişdir.
Edilən müraciətlə əlaqədar
olaraq bildiririk ki, Bakı Apellyasiya məhkəməsinin Mulki Kollegiyasının
29.12.2016-cı il tarixli və Ali Məhkəmə Mülki Kollegiyasının 2(102)-2947/2017
saylı 09.iyun 2017-ci il tarixli qərarlarında tam sübuta yetirilmişdir ki,
Burlaçuk Qalina Amrahbank ASC-yə hec bir əmanət yerləşdirməmişdir.
Qətnamədə
qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Burlaçuk
Qalina Aleksandrovnaya ünvanlanmış 07.08.2012-ci il tarixli məktubdan müəyyən
olunur ki, Qalina Burlaçukun adına
Amrahbank ASC-nin balansında heç bir məlumat mövcud deyil və onun adına əmanət hesabı açılmamışdır.
Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası Mərkəzinin 31.03.2014-cü il tarixli 2703 saylı rəyindən də müəyyən olunur ki, Burlaçuk Qalina
Aleksandrovna ilə bağlanmış əmanət müqavilələri saxtalaşdırılıb.
Amrahbank: Sizə açıq və aydın bank!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !