Amrahbank ASC ilk öncə
26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü
münasibətilə xalqımızı təbrik edir və bildirir ki, 26 ildir Azərbaycan maliyyə
bazarında uğurla fəaliyyət göstərən Amrahbank ASC 2019-cu ilin son 5 ayı
ərzində də bəzi maliyyə göstəricilərində də müsbət nəticələrə nail olmuşdur. Belə
ki, 2019-cu ilin 5 ayı ərzində Amrahbank
ASC-nin faiz gəlirləri 2018-ci ilin 5 ayı ilə müqayisədə 3,2 dəfədən çox artaraq 10 milyon 488 min
manat təşkil etmişdir. Əməliyyat gəlirləri müvafiq dövrlə müqayisədə 3 milyon
104 min manatdan çox olmuşdur. 2019-cu ilin 5 ayı ərzində haqq və komissiya
gəlirləri isə ötən ilin 5 ayı ilə
müqayisədə 16,14% artaraq 1 milyon 530 min manat təşkil etmişdir.
2019-cu ilin 5 ayı ərzində
Bankın kredit portfeli 2018-ci ilin 5 ayı ilə
müqayisədə 9 milyon 938 min
manat artaraq, 2019-cu ilin 5 ayında 119
milyon 492 min manat təşkil etmişdir.
Hər bir bankda olduğu kimi "Amrahbank”ın fəaliyyətində də müştəri
etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb
edir. Belə ki, 2019-cu ilin 5 ayı ərzində "Amrahbank”ın cəlb olunmuş
vəsaitlərində də artım müşahidə olunmuşdur. 2019-cu ilin 5 ayında 2018-ci ilin
müvafiq dövrü ilə müqayisədə əhalinin əmanətlərinin həcmi də 13%-ə
qədər artmışdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !