28 dekabr 1993-cü ildə fəaliyyətə başlayan, artıq
26 illik tarix və zəngin
təcrübə ilə bir çox
mühüm nailiyyətlər əldə edən Amrahbank hazırda Azərbaycanın ilk bankları
sırasında olmaqla ölkənin aparıcı banklarından biridir.
28.02.2019- cu il tarixində Amrahbank fəaliyyətinin 26 ilini Xətai
rayonu, Xocalı prospekti 36A ünvanında yerləşən öz yeni binasında qeyd etdi.
Tədbirdə çıxış edən Bankın Müşahidə Şurasının sədri cənab Yunis İldırımzadə "Amrahbank”ın
yaranma tarixindən, keçdiyi inkişaf mərhələlərindən, son illərdə Azərbaycanın
bank sektorundakı ümumi vəziyyətdən danışaraq "Amrahbank”ın 26 yaşının tamam olması
münasibətilə Bankın bütün kollektivini ürəkdən təbrik etdi, onlara Bankın fəaliyyətində
sərf etdikləri əməklərinə görə öz
minnətdarlığını bildirdi, gələcək işlərində uğurlar arzuladı.
Qeyd
edək ki, ölkənin
müstəqilliyi ərəfəsində və müstəqil dövlətimizin ilk illərində bir çox
çətinlikləri geridə qoyaraq, sonrakı illərdə ölkədə yaranan sabitlik və
iqtisadi inkişaf şəraitində fəaliyyətini genişləndirən Amrahbank, on minlərlə
müştəriyə ən geniş çeşiddə xidmətlər göstərən universal bir banka çevrilmişdir.
Bankımız müştərilərə geniş çeşiddə bank xidmətlərini təklif edir. Təklif
olunan xidmətlərin sırasına hüquqi və fiziki şəxslər üçün cari hesabların
açılması, kreditlərin verilməsi, sənədli əməliyyatların aparılması, əmanət
hesablarıının açılması, plastik kartlar üzrə əməliyyatlar, beynəlxalq və yerli
pul köçürmələri, hesbalaşma-kassa əməliyyatları, inkassasiya xidmətləri və s.
daxildir.
Amrahbank ölkədə ən geniş filial şəbəkəsinə malik olan
banklar sırasındadır. Bankın hazırda baş ofisi də daxil olmaqla 23 filialı
fəaliyyət göstərir, bunlardan 17-i Bakı şəhərində, 5-ı isə ölkənin
regionlarında yerləşir. Bankın inkişaf tarixinə aid mühüm hadisələrdən biri də
2019-cu ilin iyun ayından etibarən Bankın yeni inzabati binasının istifadəyə
verilməsi oldu. Qeyd edək ki, Bankın
yeni binası Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşir.
"Amrahbank”ın 11
mərtəbəli yeni binası 10 min kvadrat metrdən çox sahəni əhatə edir.
Amrahbank bir sıra ixtisaslaşmış təşkilatların, o cümlədən Azərbaycan Banklar Assosiasiyasının, Bakı Fond Birjasının, VİSA, MasterCard Beynəlxalq Ödəniş sistemlərinin, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun , Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, Azericard Prosessinq Mərkəzinin və s. üzvüdür.
Qeyd edək
ki, "Amrahbank”ın yaranma günü münasibətilə mövcüd olan bayram əhval ruhiyyəsi
iş saatından sonra keçirilən korporativ tədbirlə davam etdirildi. Unudulmaz
anlar yaşayan Amrahbank kollektivi fəaliyyətlərinə görə Bankın rəhbərliyi
tərəfindən müxtəlif növ nominasiyalar üzrə sertfikatlarla da təltif edildilər.
Amrahbank: Sizə açıq və aydın bank!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !