Amrahbank
müştərilərə qiymətli əşyaların, sənədlərin və sair qiymətlilərin
saxlanılması üçün Bank seyflərinin icarəsi xidmətini təqdim edir.
Müştərilər
qiymətli əşyalarını "Amrahbank”ın depozit seyflərində saxlamaqla onların
təhlükəsizliyini daha yaxşı təmin etmiş olurlar, çünkü oğurluq, qarət, yanğın
və bu kimi xoşagəlməz hallardan qorunmaq üçün Bankda mükəmməl texniki avadanlıq
və yüksək səviyyədə təşkil edilmiş təhlükəsizlik sistemi mövcuddur.
"Amrahbank”ın depozit seyflərinin üstünlükləri
· Depozitari hər gün, 24 saat fasiləsiz peşəkar mühafizə, siqnalizasiya və yanğın əleyhinə sistem ilə təchiz olunur;
· Saxlanılan qiymətlilər barədə heç bir məlumatın açıqlanması tələb edilmir;
· Seyf qutusuna yalnız müştərinin özünün və ya onun notarial qaydada təsdiq edilmiş etibarnamə ilə yaxınlaşan nümayəndəsinin daxil olma hüququ vardır;
·
İcarə xidmətindən fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də
istifadə edə bilərlər.
Müştərilərin Bank seyfini icarəyə götürməsi üçün yalnız
şəxsiyyət vəsiqəsilə ”Amrahbank”ın Xocalı
prospekti 36A ünvanında yerləşən (Xətai metrosu ilə üzbəüz) Baş Ofisinə yaxınlaşması
kifayətdir.
Bank seyflərinin icarəsi üzrə tariflər
İcarə tarifləri seçilmiş seyfin ölçülərindən asılı olaraq dəyişir:
Seyflərin ölçüləri |
Aylıq icarə tarifləri |
40 mm x 70 mm x 440 mm |
15 AZN |
70 mm x 270 mm x 440 mm |
25 AZN |
80 mm x 250 mm x 350 mm |
30 AZN |
170 mm x 240 mm x 440 mm |
50 AZN |
180 mm x 250 mm x 350 mm |
60 AZN |
300 mm x 270 mm x 440 mm |
100 AZN |
580 mm x 250 mm x 350 mm |
120 AZN |
Daha ətraflı məlumat üçün "Amrahbank”ın 987 saylı məlumat
mərkəzinə zəng vurmaqla və ya Bankın http://amrahbank.com//az ünvanlı rəsmi
internet səhifəsinə, eləcə də sosial
şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etməklə əldə edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !