• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

“An-26” təyyarə qəzasının səbəbi açıqlandı

“An-26” təyyarə qəzasının səbəbi açıqlandı
10.03.2018 17:41
Suriyada Rusiyaya aid "An-26” hərbi yük təyyarəsinin qəzaya uğramasına qanadın arxasında simmetrik yerləşən qanad elementinin zədələnməsi səbəb olub.

Anews.az xəbər verir ki, bu barədə "Kommersant” qəza səbəbləri ilə bağlı aparılan araşdırma ilə əlaqəli mənbələrə istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrinə görə, təyyarədə sözü gedən qanadarxası elementlərin işə salınması zamanı onlardan biri sıradan çıxıb. Nəticədə  Hmeymim bazasına eniş etməyə hazırlaşan təyyarənin eniş bucağı kəskin şəkildə dəyişib və təyyarə "burun” hissəsi ilə yerə çırpılıb.

Ekspertin sözlərinə görə, belə situasiyalarda hətta təcrübəli ekipaj üzvləri belə qəzanın qarşısını almaqda acizdir.

Xatırladaq ki, Rusiyaya aid hərbi yük təyyarəsi martın 6-da Suriyanın Hmeymim hava bazası yaxınlığında (eniş zolağına 500 metr qalmış)  qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 39 nəfər o cümlədən 27 zabit, gizir və müddətdən artıq hərbi qulluqçu olub. Qəzadan sağ çıxan olmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Suriyanın "Ceyş əl-İslam” qruplaşması təyyarə qəzasına görə məsuliyyəti öz üzərinə götürmüşdü. Rusiya Müdafiə Nazirliyi "An-26”nın yerdən iri-çaplı pulemyotlarla vurulması ilə bağlı iddiaları rədd edib.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Rusiyaya gedir
Dünya 10:09
Paşinyan Rusiyaya gedir
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Dünya 09:49
Tramp Ukraynada seçkilərin keçirilməməsindən narahatdır
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
Dünya 00:10
Britaniyada bu tarixdən uçan taksilər istifadəyə veriləcək
FED faiz dərəcələrini yenidən endirib
Dünya 23:48
FED faiz dərəcələrini yenidən endirib
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Dünya 22:53
Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Dünya 22:14
İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Dünya 21:29
Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb
Sankt-Peterburqda bazarda yanğın baş verib
Dünya 20:52
Sankt-Peterburqda bazarda yanğın baş verib
Ərdoğan Türkmənistana səfər edəcək
Dünya 19:30
Ərdoğan Türkmənistana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol