An Brassör AŞPA-nın yeni sədri seçildi

17:01 | 27.01.2014
An Brassör AŞPA-nın yeni sədri seçildi

An Brassör AŞPA-nın yeni sədri seçildi

Bu gün Avropa Şurası Parlament Assambleyasında qurumun sədri vəzifəsinə seçki keçirilib.APA-nın Avropa müxbirinin məlumatına görə, lüksemburqlu xanım An Brassör (Anne Brasseur) lehinə 165, əleyhinə 125 səs olmaqla AŞPA-nın yeni sədri seçilib. A. Brassör seçkidə müstəqil namizəd kimi iştirak etmiş Avropa Demokrat Qrupunun sabiq lideri, britaniyalı Robert Valteri məğlub edərək daha çox səs toplaya bilib.Qeyd edək ki, 64 yaşlı xanım An Brassör AŞPA-da Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun sədri idi və bu vəzifəyə onun namizədliyi öz qrup üzvləri tərəfindən 2013-cü ilin oktyabr ayında irəli sürülmüşdü. AŞPA sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür və siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair “centlmen sövdələşməsi”nə əsasən bu dəfə növbə An Brassörün rəhbərlik etdiyi Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun idi. Xanım An Brassör Lüksemburq parlamentinin üzvüdür və öz ölkəsində Demokrat Partiyasını təmsil edir. O, Lüksemburq nümayəndə heyətinin tərkibində 2009-cu ildən AŞPA-da fəaliyyət göstərir. An Brassör bu vəzifədə, mandatı 2015-ci ildə bir dəfə yenilənməklə, 2016-cı ilin yanvar ayına qədər fəaliyyət göstərəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM