“Ana ölümlərinin əsas səbəbi səhiyyədəki rüşvətdir” - VİDEO

23:56 | 15.11.2013
“Ana ölümlərinin əsas səbəbi səhiyyədəki rüşvətdir” - VİDEO

“Ana ölümlərinin əsas səbəbi səhiyyədəki rüşvətdir” - VİDEO

ANS TV-nin bu günkü qonağı Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova olub. 

Son günlərdə doğuş zamanı ana ölümü hallarının artmasına toxunan sosioloq bunu müxtəlif səbəblərlə izah edib. Onun fikrincə, qadınların hamiləlik zamanı lazımi tibbi müayinədən keçməməsi faciəli sonluqla bitir. 

Bəzi qadınlar hətta doğum evinə gedə bilmirlər və evdə mamaçanın xidmətindən istifadə etməyə məcbur olurlar. Şəhərlərdə kirayədə qalan, amma kəndlərin qeydiyyatında olan hamilə qadınların da poliklinikalara şeydiyyata düşməsində çətinliklər yaranır, nəticədə onların da arasında ölümlə nəticələnən doğuş hallarına rast gəlinir. 

Mətanət Əzizovanın fikrincə, bütün bu problemi yaradan əsas səbəb səhiyyə sistemində olan rüşvətdir. 

Verlişin tam mətni videoformatda: 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb