Tibbi müəssisənin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaqlar.
Anews.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsində qeyd edilib.
Belə ki, bu barədə qanunun 4-cü maddəsində (Qadınların reproduktiv sağlamlığının qorunması) göstərilib ki, qadınların reproduktiv sağlamlığının qorunması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
4.0.1. hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına, dölə və yenidoğulmuşa tətbiq edilən tibbi müdaxilə növləri və üsullarının həyat və sağlamlıq üçün maksimum təhlükəsizliyinin təmin edilməsi. Tibb müəssisənin müdiriyyəti və müalicə həkimi pasiyentlərin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyırlar;
4.0.2. anaların və yenidoğulmuşların sağlamlığının qorunması, ana və uşaq xəstəliklərinin və ölüm hallarının azaldılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi;
4.0.3. hər bir qadının hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardımın bütün növləri ilə (o cümlədən ixtisaslaşdırılmış tibbi yardımla) zəmanət verilmiş həcmdə pulsuz təmin olunması.
4.0.4. qadınların reproduktiv sağlamlığı sisteminin xəstəliklərinin, o cümlədən süd vəzilərinin və uşaqlıq boynunun xərçənginin aşkarlanması və müalicəsi məqsədilə mütləq profilaktik tibbi (ilkin və vaxtaşırı) müayinələrin aparılması;
"Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !