Ana südü ilə xərçəng xəstəsi olan oğlunu sağaltdı - FOTOLAR

18:39 | 02.02.2015
Ana südü ilə xərçəng xəstəsi olan oğlunu sağaltdı - FOTOLAR

Ana südü ilə xərçəng xəstəsi olan oğlunu sağaltdı - FOTOLAR

Türkiyədə baş verən bir hadisə lap bizim şifahi xalq ədəbiyyatı incisi "Dədə Qorqud Dastanları"nı xatırladıb.

ANN.Az xəbər verir ki, Edirnənin Keşan ilçəsində yaşayan 19 yaşlı İsmət Polat Kaşıkçı təxminən 9 ay əvvəl kəskin baş ağrıları şikayəti ilə xəstəxanaya müraciət edib və müayinə zamanı gəncin başında - beyincik hissəsində xərçəng aşkarlanıb. Ötən ilin iyun ayından gənc oğlan Ankara Nümunə Xəstəxanasında əməliyyat keçirib. Anası Türkan Kürklüoğlunun sözlərinə görə, əməliyyatdan sonra oğlunun halı daha da pisləşib, yemək yeməyib, nitqi tamamilə tutulub. 2 ay radioterapiya, 3 ay kimoterapiya görən İsmətin vəziyyəti günü-gündən pisləşməyə doğru gedib. Amma kimoterapiyanın davam etdirilməsi üçün İsmətin qan göstəricilərinin bir az da yüksək olması lazım idi. Yeyib-içməməsi qan göstəricilərinin aşağı düşməsinə səbəb olmuşdu.

Ərindən boşanmış və həyatda yeganə övladı olan ana İsməti xəstəlikdən qurtarmaq üçün müxtəlif yollara əl atıb. O, oğluna ana südü içizdirməyə başlayır və həkimlər bunun nəticəsinin çox gözlənilməz olduğunu görürlər. Elə ilk günlərdə oğlunun qan göstəriciləri 4 dəfə artır.

Bu hadisə sosial mediada paylaşılandan sonra İsmətə və Türkan anaya dəstək olmaq üçün analar öz südlərini ona yollayırlar. 

Bu hadisədən sonra Türkiyə səhiyyə naziri Müezzinoğlu İsmətə baş çəkəcəyini bildirib və həkimlərin xüsusi nəzarətinə götürülüb.

Türk Xərçəng Araşdırma və Mübarizə Qurumunun rəhəbəri professor Şuayip Yalçın ana südünün qan dəyərlərinin yüksəlməsinə dair elmi sübut olmadığını deyib. Amma praktik olaraq bəzi xəstələrdə hər hansı nəticə əldə olunur.


ANN.Az
 
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM