Çilidə 18 yaşlı ana yeni doğulan qızını internet vasitəsilə satıb.Bu informasiyanı “Euronews” telekanalı yayıb. Çili polisinin verdiyi məlumatda deyilir ki, uşağı almaq istəyən cütlük körpənin anasına hamilə olarkən 80 min avro verib. Uşağın atasına isə onun ölü doğulduğu haqda məlumat ötürülüb. Ancaq ananın “alqı-satqı əməliyyatı” üzə çıxdıqdan sonra ata polisə müraciət etməli olub.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !