Anadolu: Türkiyə Ukraynaya üzən elektrik stansiyaları tədarük edəcək

14:34 | 26.01.2023
Anadolu: Türkiyə Ukraynaya üzən elektrik stansiyaları tədarük edəcək

Anadolu: Türkiyə Ukraynaya üzən elektrik stansiyaları tədarük edəcək

Türkiyə Ukraynanı 1 milyon ev təsərrüfatının ehtiyaclarını ödəyəcək üzən elektrik stansiyaları ilə təmin edəcək. Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.


 Türkiyənin "Karpowership” şirkəti Ukraynanın "Enerji Şirkəti Ukrayna” ASC (ECU) milli şirkəti ilə 500 MVt gücündə üzən elektrik stansiyalarının tədarükünə dair memorandumu imzalayıb.

"Anadolu”nun məlumatına görə, Moldova və Rumıniya limanlarında üzən elektrik stansiyalarının yerləşdirilməsi, habelə bu ölkələr vasitəsilə Ukrayna şəbəkələrinə elektrik enerjisinin verilməsinə də icazə verilir. Bu məsələ ilə bağlı Karpowership və ECU Rumıniya və Moldova hakimiyyətləri ilə danışıqlar aparacaq.

Bundan əvvəl Ukraynanın Energetika Nazirliyi məlumat vermişdi ki, Nikolayev vilayəti ölkənin zədələnmiş enerji infrastrukturunun təmiri üçün beynəlxalq müttəfiqlərdən 80 tondan çox avadanlıq alıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev ölkənin enerji sistemi üçün yeni avadanlıq tədarükü barədə razılığa gəlib, 1800 transformatorun və müxtəlif gücə malik yeddi mindən çox generatorun çatdırılması gözlənilir.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM