ANAMA: Goranboy rayonunda Ermənistan silahlı qüvvələrinin atdıqları 10 ədəd “Smerç” raketi aşkarlanıb - FOTO

21:38 | 08.10.2020

Oktyabrın 4-8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qruplarının Goranboy rayonu ərazisində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (Smerç) aşkarlanıb.
Anews.az-ın məlumatına görə, ANAMA-dan bildiriblər ki, həmin raketlərdən üçünün içərisindən 9M525 bombacıqları aşkarlanıb. Bu bombacıqlar da "Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinfinə daxildir. Həmçinin ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketin bombacıqları daşıma konteyneri və paylama borularının da aşkarlanması bu tipli raketlərin istifadəsini tam təsdiqləyir.
 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM