• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

ANAMA-nın nümayəndə heyəti Belçikada səfərdədir

ANAMA-nın nümayəndə heyəti Belçikada səfərdədir
04.07.2024 20:46
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığında işgüzar səfərdədir.Bu barədə ANAMA-dan məlumat verilib.  

Səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin miqyasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, minaların ətraf mühitə ciddi təhlükə yaratması, azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin genişləndirilməsi məqsədilə bir sıra tədbir və görüşlərdə iştirak nəzərdə tutulub.

İyulun 4-də Brüssel Diplomatik Akademiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə "Mina Təhdidləri ilə Mübarizə: Ətraf mühitə təsiri və Siyasi cavab tədbirləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi mina problemi, onun insanların həyat və sağlamlığına, ətraf mühitə, ekoloji tarazlığa yaratdığı təhdidlər barədə məlumat verib, bu təhlükənin dayanıqlı inkişaf istiqamətində səylərə mane olmasını diqqətə çatdırıb.
 
Azərbaycanın 2024-cü ildə COP29-a sədrlik etdiyini bildirən Vüqar Süleymanov qlobal humanitar və ekoloji problemlərdən biri olan mina təhlükəsinin ətraf mühitə təsirlərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb. O, beynəlxalq əməkdaşlıq və innovativ yanaşmalar vasitəsilə minaların təsirinin azaldılması, ətraf mühitin bərpa edilməsi və daha təhlükəsiz yaşam mühitinin yaradılmasına töhfə verilə biləcəyini qeyd edib.

Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər, tətbiq olunan metodologiyalar, habelə işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə fəaliyyəti ilə əlaqəli şəkildə həyata keçirilən bərpa-quruculuq işlərinə dair geniş prezentasiya təqdim edib. Eyni zamanda, mina probleminin qlobal xarakter daşıdığını nəzərə alaraq, beynəlxalq tərəfdaşlığın və dəstəyin gücləndirilməsinin vacibliyinə toxunub.

Tədbirdə minadan zərərçəkən digər ölkələrdən Kamboca Krallığı, Çad Respublikası və Kolumbiya Respublikasından nümayəndələr də çıxış ediblər.

Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqının nümayəndələri, Belçika Krallığının dövlət qurumları, həmin ölkədə akkreditə olunmuş diplomatik korpus təmsilçiləri, dövlət və özəl qurumların rəsmiləri, o cümlədən aidiyyəti şirkətlərin əməkdaşlarının iştirak etdiyi tədbir çərçivəsində mina təhdidləri ilə mübarizə, bu sahədə əldə edilən təcrübələr və nailiyyətlər mövzularında panel müzakirələr keçirilib, mina probleminin aradan qaldırılması istiqamətində innovativ yanaşmalar və texnologiyaların səmərəli tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Belçika Krallığının Azərbaycanda icra edilən humanitar minatəmizləmə əməliyyatlarına həmin ölkədə qeydiyyatdan keçmiş APOPO beynəlxalq qeyri-hökumət təşkilatı vasitəsilə yardımı ilə bağlı mərasim keçirilib. Mərasimdə Belçika Krallığının və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədən APOPO-nun nümayəndələri çıxış edib, bu kimi yardımın əhəmiyyəti qeyd edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamın Kəngərli kəndinə 109 ailə köçürülüb
Cəmiyyət 09:01
Ağdamın Kəngərli kəndinə 109 ailə köçürülüb
Yollardə yenə tıxac var - Siyahı
Cəmiyyət 08:50
Yollardə yenə tıxac var - Siyahı
Ağstafa sakini qanunsuz azadlıqdan məhrumetməyə görə həbs olunub
Cəmiyyət 08:39
Ağstafa sakini qanunsuz azadlıqdan məhrumetməyə görə həbs olunub
Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanılıb
Cəmiyyət 23:56
Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanılıb
İmtahandan qayıdan 12 yaşlı uşaq iki kişi tərəfindən zorakılığa məruz qalıb - Video/Yenilənib
Cəmiyyət 23:19
İmtahandan qayıdan 12 yaşlı uşaq iki kişi tərəfindən zorakılığa məruz qalıb - Video/Yenilənib
Bloqerlərə reklam QADAĞASI
Cəmiyyət 22:34
Bloqerlərə reklam QADAĞASI
Emin Əmrullayev İSESKO-nun baş direktoru ilə görüşüb
Cəmiyyət 21:58
Emin Əmrullayev İSESKO-nun baş direktoru ilə görüşüb
Everesti fəth edən ilk azərbaycanlı qadın danışdı – Video
Cəmiyyət 21:50
Everesti fəth edən ilk azərbaycanlı qadın danışdı – Video
PUA Akademiyasının buraxılış mərasimi keçirilib
Cəmiyyət 21:00
PUA Akademiyasının buraxılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol