ANAMA təmizlənən minalı ərazilərin ərazisini açıqlayıb

16:37 | 12.02.2024
ANAMA təmizlənən minalı ərazilərin ərazisini açıqlayıb

ANAMA təmizlənən minalı ərazilərin ərazisini açıqlayıb

Son bir həftə ərzində (5-11 fevral) ANAMA işğaldan azad olunmuş ərazilərdə 33 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 836 partlamamış hərbi sursat (PHS) aşkarlayaraq zərərsizləşdirib. Bu barədə qurumun son açıqladığı rəqəmlərdə qeyd olunub.  
 
Bu dövr ərzində 908.9 hektar ərazi minalardan təmizlənib.


ANAMA 2020-ci ildən bu yana 118 mindən çox ərazini minalardan təmizləyib. 
 
Bundan əvvəl ANAMA açıqlama verərək bildirib ki, Ermənistan Azərbaycana azad olunmuş ərazilərdə mianalanmış sahələrlə dair 8 ədəd formulyarı verib, lakin formulyarlar qeyri-dəqiqdir.
 
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
 
2023-cü ilin noyabrın 4-də  BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva söyləyib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələr siyahısına daxildir. 
 
Hazırda Azərbaycan minalardan əziyyət çəkən ilk 10 ölkə siyahısında yer alır. 
 
2023-cü ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM