Bu gün "Şou Atv" verilişinin qonağı aparıcı Hacı Nuran olub.
Aparıcının keşməkeşli həyat yolu verilişdə qısa süjet formasında yayımlanıb. Xərçəngdən əziyyət çəkən Hacı Nuran süjetə baxaraq göz yaşlarına hakim ola bilməyib:
"Birdən - birə atam getdi. Daha sonra isə anamın beynində bir - iki ay ərzində böyük şiş yarandı. Çox çətinliklə İbrahim Tatlısəsin həkimini tapdım. Həkim dedi, əməliyyat olsa da, olmasa da köməyi olmayacaq. 8 ay çox böyük əziyyət çəkdim. Anamın 40 mərasimini yola verdim, özüm bu xəstəliyə tutuldum. Anamın son günlərində Moskvada tədbirdə oldum, onunla sağollaşa bilmədim".
big.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !